Muxtar respublikada istehsal olunan daş məhsulları müştəri məmnuniyyəti qazanıb

 

Kəngərli rayonunun Qarabağlar, Çalxanqala, Babək rayonunun Yuxarı Buzqov, Çeşməbasar kəndlərindəki ocaqlardan çıxarılan olive, travertin, bej, sianit və qara mərmər müasir avadanlıqların köməyi ilə kəsilir. Artıq qalan daşlardan, qırıntılardan isə müxtəlif ölçü və çeşidlərdə material istehsal edilir. İstehsal olunan travertin, mərmər və digər daşlardan maraqlı mozaikalar hazırlanır. “Gəmiqaya Daş Məhsulları Kompleksi” MMC-nin mozaik daş sexində istehsal olunan məhsullar nəinki muxtar respublikada eyni zamanda  bir neçə ölkədə müştəri məmnuniyyəti qazanıb.

Qeyd edək ki, mozaik daşlardan divarların üzlənməsində, süni su hövzələrinin daxil və kənarlarında, eləcə də şəhərimizdəki binaların xarici hissəsi üçün üzlənmədə istifadə olunur. Mozaika istehsalında daha çox travertin istifadə edilir.