Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü ilə “2020-Turizm sahəsi üçün böhranlı il. Azərbaycan və Rusiyanın anti-böhran təcrübəsi” mövzusunda onlayn müzakirələr aparılıb. Tədbirdə Azərbaycanın Rusiyadakı ticarət nümayəndələri, Biznes Klubunun icraçı direktoru, “Russian Business Guide” jurnalının baş redaktoru , Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi, Azərbaycan Turizm Bürosunun departament müdiri, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, Rusiyanın Ticarət və Sənaye Palatasının departament müdirinin müavini , turizm şirkətlərinin və digər qurumların nümayəndələri iştirak ediblər. Onlayn müzakirələrdə iştirakçılar Azərbaycan və Rusiyada turizm sahəsinə göstərilən dövlət dəstəyi tədbirləri, postpandemiya dövründə turizmin inkişaf perspektivləri, turizm obyektlərində insanların sağlamlığının qorunması ilə bağlı görülən işlərlə bağlı fikir mübadiləsi aparıblar.