Ərzaq təhlükəsizliyi diqqət mərkəzində saxlanılır

 

Qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan nəzarət tədbirlərinin bir hissəsini yerli istehsal və idxal məhsullarının mikrobioloji, toksikoloji, orqanoleptik, və fiziki-kimyəvi göstəricilərinin yoxlanması təşkil edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəznində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq laboratoriyası ən müasir avadanlıqlarla yüksək keyfiyyətli xidmət göstərir.