Cari ilin ötən dövründə sosial iqtisadi sahənin inkişafı istiqamətində tədbirlər davam etdirilib

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının   2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” iqtisadiyyatın bir çox sahələrini əhatə etməklə muxtar respublikanın hərtərəfli inkişafına yönəldilmişdir. Dövlət Proqramında yerli iqtisadi potensialın gücləndirilməsi, əsas ərzaq məhsulları ilə təminatın yaxşılaşdırılması, ekoloji təmiz məhsul istehsalının inkişafının dəstəklənməsi, sahibkarlığın inkişafının gücləndirilməsi, məşğulluğun artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi çox sayda istiqamətlər müəyyənləşdirilmiş, 98 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuşdur.