İxrac hər bir ölkənin davamlı iqtisadi artımının təmin olunmasında vacib rol oynayır. Məlum olduğu kimi ixracın artması bir tərəfdən milli gəlirin yüksəlməsi ilə yanaşı, digər tərəfdən xarici valyuta ilə bağlı çətinlikləri aradan qaldırmaqla ümumi iqtisadi inkişafa öz müsbət təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan olunması isə yerli istehsalçılara ixrac imkanlarından tam yararlanmaq fürsəti yaradır. Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilən quruculuq işlərində və ixrac potensialında "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin payı böyükdür.
2010-cu ildə yaradılan və tamamilə yerli xammal əsasında fəaliyyət göstərən bu müəssisə muxtar respublikanın təbii sərvətlərindən daha səmərəli istifadə etməklə travertin və mərmər emalı üzrə ixtisaslaşıb. Müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərində yerli tikinti materiallarına olan tələbatın ödənilməsində mühüm rol oynayır. Müəssisədə istehsal olunan yüksək keyfiyyətli məhsullar xarici bazarlara çıxarılır.Cari ilin ötən dövrü ərzində “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahələrində hazırlanan 1805 ton travertin daş məhsulları sifarişə uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş mənşə sertifikatları əsasında Gürcüstan Respublikasına göndərilib.