Azərbaycan-Gürcüstan Biznes Forumu keçiriləcək

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatmılığı ilə 14 iyul 2020-ci il tarixində video-konfrans formatında “Azərbaycan-Gürcüstan Biznes Forum”u keçiriləcəkdir. Forumun əsas məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri, ticarət dövriyyəsinin artırılması imkanları və   yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsidir. Biznes forumda iştirak etmək istəyən sahibkarlar 5 iyul 2020-ci il tarixinədək İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.

Əlaqə nömrəsi: +99455 837 76 58;

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 Naxçıvan Muxtar Respublikası

 İqtisadiyyat Nazirliyinin mətbuat xidməti