Rusiya-Azərbaycan sahibkarları arasında ikitərəfli görüşlər keçiriləcək

    Azərbayca Sahibkarlar Konfederasiyası, MOSPROM və “Biznes Qeometriya” İşgüzar Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə 13-17 iyul 2020-ci il tarixlərində qida sektorunda (istehsal və satış) ixtisaslaşmış Azərbaycan-Rusiya şirkətlərinin nümayəndələri arasında ikitərəfli onlayn görüşlər  keçiriləcək.  

   Danışıqların əsas məqsədi iki ölkə arasında ticarət sahəsində yeni tərəfdaşların tapılması və qida məhsullarının təchizatı ilə bağlı yerli şirkətlərlə müqavilələrin bağlanmasıdır.

          İştirak üçün https://events.nethouse.ru/all/232111/ linki vasitəsilə qeydiyyatdan keçə bilərsiz.

Qeyd edək ki, tədbir müddətində Rusiyanın aparıcı şirkətlərinin təqdimatları və dəyirmi masa da keçiriləcək.

Əlaqə nömrəsi: +99455 837 76 58;

orhan­Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 Naxçıvan Muxtar Respublikası

 İqtisadiyyat Nazirliyinin mətbuat xidməti