Naxçıvan Muxtar Respublikası özünün təbii-mineral sərvətləri, turizm ehtiyatları və emal sənayesi məhsulları ilə yaxşı tanınır. Bundan əlavə, son illərdə muxtar respublikada özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsulların istehsalını artırmış, ixrac imkanlarını genişləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada 2020-ci ilin “İxrac” ili elan olunması ticarət əlaqələrinin genişlənməsinə, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına və beləliklə ixrac potensialının genişlənməsinə böyük stimul vermişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti