Muxtar respublikada yerli istehsal və xaricdən idxal olunan ərzaq məhsullarının keyfiyyət göstəriciləri mütəmadi olaraq nəzarətdə saxlanılır. İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyasında ərzaq məhsullarının tərkibinin analiz olunması üçün hər cür şərait yaradılıb. Bu ilin 6 ayı ərzində 671 yerli, 147 idxal məhsulu analiz edilib. Məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti