Bu il muxtar respublikada 352 yeni iş yeri yaradılıb

Muxtar Respublikada son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası qarşıda duran vəzifələrin həllinə real imkanlar yaradır və iqtisadiyyatın dinamik inkişafını təmin edir. Qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası, yerli xammala əsaslanan, rəqabətədavamlı və ixracyönümlü yeni məhsullar istehsal edən müəssisələrin fəaliyyətə başlaması və digər mühüm tədbirlər ümumi inkişafı daha da sürətləndirir. Bu baxımdan 2020-ci ilin ilk altı ayı ərzində  qaynaq çubuğu, plastik səbət, əsaslı boya, tullantıların yığılması, ləğv edilməsi və topdansatışı, eləcə də soyuducu anbar, istixana, heyvandarlıq təsərrüfatlarını əhatə edən 81 istehsal sahəsinin yaradılması başa çatdırılıb, həmçinin müxtəlif istehsal və  xidmətlər üzrə 38 sahənin yaradılması davam etdirilib.

Yeni yaradılan istehsal sahələrində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına ümumilikdə 352 yeni iş yeri yaradılıb ki, bu da əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

 Naxçıvan Muxtar Respublikası

 İqtisadiyyat Nazirliyinin mətbuat xidməti