Son illərdə muxtar respublikanın gələcək inkişaf dinamikasını müəyyənləşdirən sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən sənaye məhəllələrinin qurulması, ixracyönümlü sənaye məhsulları istehsalının genişləndirilməsi, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaradılması diqqətdə saxlanılmışdır. Bunun nəticəsidir ki, 2020-ci ilin ötən dövrü ərzində 450 milyon 876 min manatdan çox sənaye məhsulu istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Sosial-iqtisadi inkişafa dair bu günə qədər reallaşan üç Dövlət proqramının icrası çərçivəsində muxtar respublikada da böyük işlər görülmüş, infrastruktur layihələri həyata keçirilmişdir. İnvestisiya mühiti xeyli yaxşılaşmış, yeni iş yerləri yaradılmışdır. Cari ilin ötən dövrü ərzində iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə dəstəyi və özəl investisiya hesabına 81 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 38 sahənin yaradılması davam etdirilmişdir. Yeni yaradılan bu müəssisələr hesabına ümumilikdə 352 yeni iş yeri açılmışdır ki, bu da əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
Həyata keçirilən kompleks islahatlar onu deməyə əsas verir ki, muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətinə çevrilmişdir. Bu gün muxtar respublikada minlərlə sahibkarlıq subyektinin fəaliyyət göstərməsi, xarici iş adamlarına əlverişli mühitin yaradılması, ümumi daxili məhsul istehsalında özəl bölmənin payının artaraq 87 faizi ötməsi bu siyasətin real bəhrələridir.
Naxçıvanda sаhibkаrlıq fəаliyyətinə kənаr müdахilələrin qаrşısının аlınmаsı, onların hüquqlаrının müdаfiəsi diqqətdə saxlanılır. 2020-ci ilin ötən dövrü ərzində “Qаynаr хətt” vаsitəsilə 2679 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, müxtəlif tədbirlər haqqında məlumatlandırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə sahibkarlığın inkişаfı istiqаmətində аrdıcıl, səmərəli və sistеmli tədbirlər görülmüş, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılmışdır. Muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına köməklik etmək, onlara maliyyə dəstəyi göstərmək və əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublika üzrə 2000-ci ildən ötən dövr ərzində 1432 layihənin maliyyələşdirilməsinə 160 milyon manatdan çox vəsait ayrılmışdır. Təkcə 2020-ci ilin ötən dövrü ərzində Fond tərəfindən sahibkarlara 62 layihənin maliyyələşdirilməsinə ümumilikdə 7 milyon 790 min manatdan çox kredit vəsaiti verilmişdir. Bundan sənaye məhsulu yönümlü 4 layihənin maliyyələşdirilməsinə 6 milyon 236 min manat, kənd təsərrüfatı yönümlü 58 layihənin maliyyələşdirilməsinə 806 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.
Aqrar sektorun aparıcı qüvvələrindən olan ailə təsərrüfatlarının formalaşaraq kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, eləcə də onların fəaliyyətinin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının sayının gündən günə artmasına səbəb olmuşdur. Ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə 2020-ci ilin ötən dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 26 ailə təsərrüfatına 231 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Məhz bu amil nəzərə alınaraq, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, mövcud olanların fəaliyyəti bərpa edilir. Son illərdə 400-də çox sənaye müəssisəsinin yaradılması, bu müəssisələrdə 383 növdə məhsul istеhsаl оlunması, 350 növdə məhsulа оlаn tələbаtın tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilməsi sahibkarlığın inkişafının nəticəsidir.
2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması yerli istehsal məhsulların ixrac imkanlarını artmaqla yanaşı iqtisadi əlaqələrin daha da genişləndirilməsinə böyük stimul vermişdir. İxracyönümlü məhsul və xidmətlərin xarici bazarlarda təşviqi, yeni tərəfdaşların tapılması, ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə beynəlxalq tədbirlərdə muxtar respublika ixracatçılarının iştirakının təmin edilməsi və ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müvafiq sərgilərin, forumların təşkili və digər təşviqat tədbirlərini gücləndirmək də əsas prioritetlərdəndir. Belə ki, cari ilin ötən dövründə biri onlayn olmaqla 4 sahibkarlıq subyektinin və 1 ailə təsərrüfatçısının 18 nümayəndəsi 4 beynəlxalq əhəmiyyətli tədbirdə iştirak etmişdir.
Muxtar respublikada özəl sektora göstərilən hərtərəfli diqqət və qayğının nəticəsidir ki, sahibkarlıq mühiti getdikcə daha sürətlə inkişaf edir, ümumi iqtisadiyyatda öz çəkisini artırır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin
Elmi -Tədqiqat Tədris Mərkəzinin
elmi işçisi Mehparə Məmmədova