Naxçıvan Məhsullarının ixrac imkanları artıb

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 6 fevral 2020-ci il tarixli müvafiq Sərəncamı ilə  2020-ci il Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan olunmuş və Sərəncamın icrası ilə bağlı “2020-ci ilin Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilməsinə dair tədbirlər planı”nı təsdiq olunmuşdur. İcra Planında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində cari ilin ötən dövründə  Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən yerli ixracatçılara dəstək məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

İxracyönümlü məhsul və xidmətlərin xarici bazarlarda təşviqi, yeni ixrac bazarlarının müəyyənləşdirilməsi və beynəlxaq tərəfdaşların tapılması məqsədilə muxtar respublika ixracatçılarının ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müxtəlif beynəlxalq sərgi və forumlarda iştirakı prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. 

 

 Naxçıvan Muxtar Respublikası

 İqtisadiyyat Nazirliyinin mətbuat xidməti