Cari ilin ilk altı ayında ölkədən 6 milyard 599,2 milyon kubmetr təbii qaz ixrac edilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 259,9 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 5 milyard 664,6 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 1 milyard 47,6 milyon dollar olmuşdu.
"Azərtac" Azərbaycan Dövlət İnformasiya Agentliyi