Bu ilin yanvar-may aylarında 162,9 milyon dollarlıq neft məhsulları ixrac olunub

 Cari ilin yanvar-may aylarında ölkədən 606,5 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edilib. İxrac edilən məhsulların dəyəri isə 162,9 milyon ABŞ dollarından çox olub. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Xatırladaq ki, keçən ilin ilk 6 ayında Azərbaycandan 520,9 min ton neft məhsulları ixrac edilmiş, həmin ixracın dəyəri 261,1 milyon dollar olmuşdu.

"Azərtac" Azərbaycan Dövlət İnformasiya Agentliyi