Muxtar respublika əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, süni qiymət artımının qarşısının alınması, istehsalçıların öz məhsullarını birbaşa istehlakçılara çatdırması məqsədilə hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhəri Xətai küçəsində yerləşən Mərkəzi Bazarda mütəmadi olaraq satış yarmarkaları təşkil olunur. Yarmarkada ailə təsərrüfatçılarına və kənd təsəsrrüfatı məhsulları istehsalçılarına istehsal etdikləri məhsulların satışını həyata keçirmələri üçün köməklik göstərilir, onlara bazarda müvafiq yerlər ayrılır. Nazirlik tərəfindən bütün məhsulların üzərinə qiymət yarlıqları vurulur ki, bu da süni qiymət artımının qarşısını alır.
Bunlarla yanaşı bazarda sənaye müəssisələri üçün xüsusi bölmə ayrılmışdır. Burada istehsalçılar məhsullarını müəssisəsatış qiymətinə istehlakçılara təqdim edirlər.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti