Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü ilə Rusiya bazarında Azərbaycan məhsullarının təşviqi ilə bağlı onlayn müzakirələr keçirilib. AZPROMO-nun məlumatına əsasən, müzakirələrdə Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təmsilçiləri və iş adamları iştirakı edib. Tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət NümayəndəliyininTicarət Nümayəndəliyinin əməkdaşı Azərbaycan ixracatçılarının dəstəklənməsi və Rusiya bazarında Azərbaycan məhsullarının təşviqi üzrə kompleks sistem olan “Azərbaycanın Ticarət Evi” layihəsi haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, “Azərbaycanın Ticarət Evi” konsepsiyası Rusiya bazarının xüsusiyyətlərini nəzərə alınmaqla hazırlanmış və icrasına başlanmışdır. AZPROMO-nun İxracın təşviqi departamentinin direktoru ölkəmizin ixrac imkanları, ixracın genişləndirilməsi istiqamətində AZPROMO-nun həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Tədbir çərçivəsində iş adamları arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri müzakirə edilib, suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti