Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 18,8 milyon ton yük daşınması həyata keçirilib

 

Cari ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 18,8 milyon ton, yük dövriyyəsi isə 4 milyard 179,1 milyon ton-kilometr olub. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinın məlumatına əsasən, yüklərin 11,2 milyon tonu və ya 59,6 faizi avtomobil nəqliyyatı, 5,4 milyon tonu və ya 28,9 faizi dəmir yolu nəqliyyatı, 2,1 milyon tonu və ya 11,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,5 faizini və ya 3 milyon 677,7 min tonunu tranzit yüklər təşkil edib.

 

AZƏRTAC