Neft Fondunun cari ildə “Azəri-Çıraq-Günəşli” və "Şahdəniz" yataqları üzrə gəlirləri açıqlanıb

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin əvvəlindən iyulun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin həyata keçirilməsi çərçivəsində gəlirləri 2 milyard 206 milyon ABŞ dolları təşkil edib. 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) məlumatına görə, “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 197 milyon dollar olub. 

Cari ilin yanvar-iyun aylarında Neft Fondunun, o cümlədən “Şahdəniz” üzrə kondensatın satışından əldə olunan gəliri isə 131 milyon dollar təşkil edib.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti