Bu il muxtar respublikada 81 istehsal və xidmət sahəsi istifadəyə verilib

 

Sosial iqtisadi tərəqqinin əsas təkanverici qüvvələrindən biri sahibkarlığın inkişafıdır. İqtisadi sahədə həyata keçirilən məqsədönlü tədbirlər sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək rəqabətədavamlı və ixracyönümlü məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəldilmişdir. 

Cari ilin öyanvar-iyun aylarında sahibkarlıq sahəsinin inkişafı diqqətdə saxlanılmış, “Naxçıvan Muxtar Respublikasının 2019-2023cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə və özəl investisiya hesabına 81 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 38 sahənin yaradılması davam etdirilmişdir. Yeni yaradılan bu müəssisələr hesabına ümumilikdə 352 yeni iş yeri açılmışdır.

Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə 2020-ci ilin ilk altı ayı ərzində “Qаynаr хətt” vаsitəsilə 2679 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, müxtəlif tədbirlər haqqında məlumatlandırılmışdır.

Bu gün özəl sektorun inkişafına dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, kredit resurslarının məhz muxtar respublika iqtisadiyyatı üçün prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldilməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Bütün bunlarla yanaşı sаhibkаrlıq subyеktlərinin istеhsаl еtdikləri məhsullаrın xarici bazarlara ixracı, muxtar respublikada iqtisadiyyatın muxtəlif sahələrinə investisiyaların cəlb edilməsi, kiçik və orta həcmli müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların rəqabət qabiliyyətinin artırılması üzrə işlər davam etdirilməkdədir. Belə ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublika üzrə 2000-ci ildən ötən dövr ərzində 1432 layihənin maliyyələşdirilməsinə 160 milyon manatdan çox vəsait ayrılmışdır. Təkcə 2020-ci ilin ötən dövrü ərzində Fond tərəfindən sahibkarlara 62 layihənin maliyyələşdirilməsinə ümumilikdə 7 milyon 790 min manatdan çox kredit vəsaiti verilmişdir. Bundan sənaye məhsulu yönümlü 4 layihənin maliyyələşdirilməsinə 6 milyon 236 min manat, kənd təsərrüfatı yönümlü 58 layihənin maliyyələşdirilməsinə 806 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.

Aqrar sektorun aparıcı qüvvələrindən olan ailə təsərrüfatlarının formalaşaraq kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, eləcə də onların fəaliyyətinin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının sayının gündən günə artmasına səbəb olmuşdur. Ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə 2020-ci ilin ötən dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 26 ailə təsərrüfatına 231 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. 350 növdə məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsi idxaldan asılılığının əhəmiyyətli dərəcədə azalmasına şərait yaratmışdır.

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması olunması yerli istehsal məhsulların ixrac imkanlarını artmaqla yanaşı iqtisadi əlaqələrin daha da genişləndirilməsinə böyük stimul vermişdir.  İxracyönümlü məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədilə beynəlxalq tədbirlərdə muxtar respublika ixracatçılarının iştirakının təmin edilməsi və ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müvafiq sərgilərin, forumların təşkili və digər təşviqat tədbirləri gücləndirmək də əsas prioritetlərdəndir. Belə ki, cari ilin ötən dövründə biri onlayn olmaqla 4 sahibkarlıq subyektinin və 1 ailə təsərrüfatçısının 18 nümayəndəsi 4 beynəlxalq əhəmiyyətli tədbirdə iştirakı təmin olunmuşdur.

Muxtar respublikada özəl sektora göstərilən hərtərəfli diqqət və qayğının nəticəsidir ki, sahibkarlıq mühiti getdikcə daha sürətlə inkişaf edir, ümumi iqtisadiyyatda öz çəkisini artırır.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti