Culfa rayonunun dəyirmanlarında taxıl qəbuluna başlanılıb

 

Culfa rayon Camaldın kəndində fəaliyyət göstərən "Əylis" un dəyirmanında "Nuranə" əmtəə nişanı ilə un istehsal olunur. Gün ərzində 30 ton məhsul istehsal etmək gücündə olan dəyirman təkcə culfalıların deyil, qonşu rayonların sakinlərinin də una olan tələbatının ödənilməsində mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, cari ildə biçin mövsümü ərzində ümumilikdə yerli əhalidən 404 ton taxıl tədarük edilmiş, bunun 14 tonu üyüdülərək vətəndaşlara təhvil verilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti