Elektron ticarət sahəsində Rusiya ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb

 

Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəsinin Aparatının, Azərbaycan Beynəlxalq Bankının, “Azexport.az” portalının təmsilçilərinin, Azərbaycan və Rusiya iş adamlarının iştirakı ilə keçirilən tədbirdə  müasir dövrdə elektron ticarətin mal və xidmətlərin istehlakçılara çatdırılmasında artan rolu, bu sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının elektron ticarətin inkişafı Şurasının  Rusiyada elektron ticarət və onun inkişaf istiqamətlərindən danışıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament müdiri, “Azexport.az” portalının rəhbəri portalın imkanları barədə məlumat verib.

Tədbir çərçivəsində iki ölkənin iş adamları arasında elektron ticarət sahəsində əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib, suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti