Muxtar respublikada özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi sənayenin inkişafına mühüm təkan verib

 

Son illərdə muxtar respublika iqtisadiyyatında sahibkarlıq sahəsində həyata keçirilən kompleks tədbirlər, əlverişli investisiya və biznes mühitinin formalaşdırılması sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəldilmişdir. Bu gün muxtar respublikada özəl sektora, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, kredit resurslarının məhz muxtar respublika iqtisadiyyatı üçün prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldilməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti