Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci ilin ilk yarım ilinin yekunları müzakirə olunub

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində  2020-ci ilin birinci yarım ilinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya  iclasında İqtisadiyyat Naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, 21 iyul 2020-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilmiş, sessiyada Ali Məclisin Sədri tərəfindən İqtisadiyyat Nazirliyinin qarşısında mühüm vəzifələr qoyulmuşdur. Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilmiş 2020-ci ilin 6 ayında da uğurla davam etdirilmişdir.

2020-ci ilin birinci yarımilində ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 310 milyon 168 min 700 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye sahəsi tutmuşdur.

2020-ci ilin 6 ayı ərzində sənaye məhsulu istehsalının həcmi 1,0 faiz, əsas kapitala yönəldilən investisiyaların həcmi 1,4 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 3,4 faiz, xarici ticarət dövriyyəsi 1,6 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 18,2 faiz artmışdır.

Muxtar respublikada ilin birinci yarısında uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq istehsal və emal müəssisələrinin yaradılması, həmçinin kiçik və orta sahibkarlığın genişləndirilməsində əhəmiyyətli olan sənaye məhəlləsinin yaradılması davam etdirilmiş, qaynaq çubuğu, su əsaslı boya, plastik səbət, mineral sular, soyuducu anbar, istixana, heyvandarlıq təsərrüfatlarını əhatə edən 12-si özəl investisiyalı olmaqla 81 istehsal və xidmət sahəsi istifadəyə verilmişdir. Yeni yaradılan sahələrdə 352 iş yeri açılmışdır.

Bundan başqa xalça toxuma, kömür istehsalı, yun və boyaq bitkilərinin tədarükü, süd emalı, heyvandarlıq, bağçılıq, quşçuluq, arıçılıq təsərrüfatları, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 38 sahənin yaradılması davam etdirlir.

İqtisadi sahədə nailiyyətlərin əldə olunmasında sahibkarlıq fəaliyyətinə göstərilən diqqət və qayğı, iş adamları üçün yaradılmış əlverişli biznes mühiti mühüm rol oynayır. Bu diqqət və qayğının nəticəsidir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı ildən-ilə artır, yeni istehsal müəssisələri işə düşür. Cari ilin ötən dövrü ərzində fəaliyyəti genişləndirilən “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti və yenidən qurulan “Badamlı” Mineral Sular Zavodu  yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən təd­birlərin davamlı xarakter daşıdığının əyani ifadəsidir.

Cari ilin ilk 6 ayı ərzində “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni müəssisənin və  Duzdağda yeni şaxtanın tikintisi gələcəkdə bu məhsula olan tələbatın yüksək səviyyədə  ödənilməsinə və Naxçıvan duzunun şöhrətinin qorunub saxlanılmasına şərait yaradacaqdır.

Sənayedə istehsalın həcminin artması nəticəsində 2020-ci ilin 6 ayı ərzində muxtar respublikada 561 milyon 563 min 200 manat dəyərində sənaye məhsulu istehsal edilmiş, 152 milyon 23 min 700 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.

Yeni isehsal sahələrinin yaradılmasında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin mühüm rolu olmuşdur. Belə ki, cari ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 62 layihənin maliyyələşdirilməsinə 7 milyon 42 min manatdan çox güzəştli kreditlər ayrılmışdır. Bu kreditlərin 6 milyon 236 min manatı sənayenin, 806 min 500 manatı kənd təsərrüfatının inkişafına yönəldilmişdir.

18 iyun 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində kreditlərin verilməsi və təyinatı üzrə istifadəsi ilə bağlı müşavirədə verilmiş tapşırıqların icrası daim nəzarətdə saxlanılmış, 2020-ci ilin 6 ayı ərzində 5 milyon 854 min 920 manat əsas, 149 min 420 manat faiz olmaqla, 6 milyon 4 min 340 manat həcmində kredit vəsaitinin geri qaytarılması təmin edilmişdir. Bundan 2 milyon 364 min 402 manat vəsait vaxtı keçmiş kredit borcları üzrə ödənilmişdir.

Muxtar respublikanın kəndlərində müasir infrastrukturun yaradılması, istehsal olunan məhsulları sərbəst bazara çıxarmaq imkanları və göstərilən maliyyə dəstəyi ərzaq təminatında xüsusi rola malik olan ailə təsərrüfatlarının inkişafı üçün əlverişli şərait yaratmışdır. Ailə təsərrüfatlarının çoxsahəli fəaliyyətinin yaxşılaşdırılması məqsədilə 2020-ci ilin ötən dövründə 26 ailə təsərrüfatına 231 min 600 manat dövlət maliyyə dəstəyi göstərilmiş, Türkiyə Respublikasında keçirilən kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların virtual sərgisində ailə təsərrüfatlarının iştirakı təmin olunmuşdur.

Cari ilin ilk 6 ayında əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 2700 ton olan 2 soyuducu anbarın yaradılması, bir soyuducu anbarın genişləndirilməsi başa çatdırılmışdır.

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılmış, 27 heyvandarlıq təsərrüfatının yaradılması, 14 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 8 heyvandarlıq təsərrüfatının yaradılması, 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir.

 “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, cari ilin ilk yarımilində  bu sahədə müvafiq tədbirlər görülmüş, 8 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 7 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilmişdir. Təsərrüfat subyektlərinə 2020-ci ilin 6 ayı ərzində 260 min 600 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 8,1 faiz çoxdur.

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2020-ci ilin ilk yarımilində muxtar respublikadan 40 milyon 629 min 800 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.

Cari ilin ötən dövrü ərzində dövlət mülkiyyətində olan xidmət mərkəzləri üzrə 182 icarə müqaviləsi bağlanmış, mağazalarda ərzaq və sənaye malları ilə yanaşı, ailə təsərrüfatlarında istehsal olunan müxtəlif çeşidli məhsulların satışı təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan olunması muxtar respublikanın sosial-iqtisadi imkanlarını daha da genişləndirilmiş, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulların ixrac potensialının artırılmasını təmin etmişdir.

2020-ci ilin 6 ayı ərzində muxtar respublikanın xarici ticarət dövriyyəsi 222 milyon 735 min 500 ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 86,5 faizi ixracın, 13,5 faizi idxalın payına düşmüşdür. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi artmış, 162 milyon 571 min 500 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

Muxtar respublikamızın sürətli inkişafı və əhalinin artan tələbatının mövcud təbii resurslardan səmərəli istifadə etməklə ödənilməsi qarşıya qoyulan vəzifələrdəndir. “İxrac ili”ndə Şahbuz rayonu Badamlı qəsəbəsində yerləşən “Badamlı” Mineral  Sular Zavodunun istifadəyə verilməsi muxtar respublikanın ixrac imkanlarını artırmaqla, xarici bazarlarda rəqabətqabiliyyətli məhsul istehsalına təkan vermiş, həmçinin regionun investisiya cazibədarlığının və iqtisadi gücünün artırılmasına şərait yaratmışdır. Bütün bunlar muxtar respublikada iqtisadi inkişafın əsas amillərindən biri olan sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və ixrac potensialının artırılmasına verilən töhfələrdəndir.

Cari ilin ötən dövrü ərzində pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq muxtar respublikada istehsal olunan vafli məhsulları, tütün məmulatları, sement, travertin, mərmər, mebel məmulatları, mineral sular 11 ölkəyə ixrac olunmuşdur. Muxtar respublikada istehsal edilən məhsulların beynəlxalq tələblərə uyğun yoxlanılması, xarici ölkələrə məhsul ixracının asanlaşdırılması məqsədilə 2020-ci ilin 6 ayı ərzində Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 58 hаldа mənşə sertifikatı verilmişdir.

Cari ilin 6 ayı ərzində ənənəvi ixrac bazarları ilə yanaşı muxtar respublikada fəaliyyət göstərən şirkətlər tərəfindən Oman Sultanlığı, Belçika Krallığı kimi ölkələrə vafli və tütün məmulatları ixrac edilmişdir.

Muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı məhsulların kataloqunun hazırlanması müəssisələrimizin və məhsullarımızın beynəlxalq tədbirlərdə tanıdılmasında mühüm rol oynayacaqdır.

Muxtar respublikada iqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi töhfəsini verir. Bu məqsədlə cari ilin ötən dövrü ərzində dəyəri 652 min 203 manat olan layihəyə təsdiqedici sənəd verilmişdir. İxracın təşviqi və sənaye məhsullarının ixracı zamanı çəkilən xərclərin bir hissəsinin qaytarılması mexanizmi çərçivəsində yerli ixracatçılara 11 ixrac əməliyyatı üzrə 21 min 150 manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilmişdir.

Ötən dövr ərzində dахili bаzаrda qiymət intizamı və məhsullаrın keyfiyyəti də diqqət mərkəzində saxlanılmış, 66 mal çeşidini əhatə edən 340 halda səyyari və 818 hаldа idхаl və yеrli istеhsаl mаllаrının keyfiyyət göstəriciləri Beynəlxalq Akkreditasiyalı Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən təhlil edilmişdir.

Daxili bazara nəzarət və keyfiyyətin yüksəldilməsi üçün 478 halda istehsal müəssisəsi, ticarət və xidmət obyektində qiymət və keyfiyyətə nəzarət həyata keçirilmişdir.“Dövlət müəssisə və təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaitləri hesabına alınan 4000-ə yaxın elektrik, santexnika, tikinti materialları və avadanlıqlarının topdansatış qiymətləri təhlil olunmuş, qabaqlayıcı tədbirlər nəticəsində süni qiymət artımına yol verilməmişdir.

«Büdcə sistеmi hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununа müvаfiq оlаrаq 2021-ci il və sonrakı üç il üzrə “Dövlət İnvestisiya Prоqramı”nın və “Naxçıvan Muхtar Respublikasının sоsial-iqtisadi inkişaf kоnsepsiyası və prоqnоz göstəriciləri”nin layihələri müəyyən оlunmuş vахt ərzində hаzırlаnaraq аidiyyəti üzrə təqdim edilmişdir.

Ötən müddət ərzində yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və muxtar respublikada vətəndaşların sağlamlığının qorunması məqsədilə bir sıra qabaqlayıcı tədbirlər görülmüşdür. Mağazaların ərzaqla normal təminatına diqqət artırılmış, aid qurumlarla birlikdə ehtiyatların yaradılması istiqamətində sahibkarlarla qarşılıqlı işlər aparılmış, ticarət obyeklərinə məhsulların verilməsində gecikmə hallarına yol verilməməsi, muxtar respublikaya idxal olunan məhsulların davamlılığı istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür.

 Daha sonra, xarici ticarətdə muxtar respublikanın rəqabətqabiliyyətinin artırılması, ixrac potensialının inkişaf etdirilməsi, xarici bazarlara çıxış imkanlarının araşdırılması, ixrac bazarlarında mövcud perspektivlərin təhlili, yerli malların və xidmətlərin xarici bazarlara çıxarılması üçün əlverişli şəraitin yaradılması ilə bağlı görülmüş işlər haqqında Nazirliyin İnvestisiyaların təşviqi və ixraca dəstək şöbəsinin müdiri Orxan Abdinovun, yerli xammala əsaslanan istehsal müəssisələrinin və sənaye məhəlləsinin yaradılması istiqamətində görülmüş işlər haqqında Sənaye şöbəsinin müdiri Elnur Mahmudovun, kənd təsərrüfatı istehsalçılarının və tədarükçülərin fəaliyyətinin əlaqələndirilməsi, mövsüm ərzində tələbatdan artıq istehsal olunan məhsulların anbarlara tədarükünün təmin edilməsi istiqamətində görülmüş işlər haqında Sahibkarlığın inkişafı şöbəsinin müdiri Xudakərim Məmmədovun, dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) qanunvericiliyə uyğun satın alınması, dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi istiqamətində görülmüş işlər haqqında Satınalmalar şöbəsinin müdiri Seymur Cəfərovun   məruzələri dinlənilmişdir.

Kollegiyada muxtar respublika sahibkarlarının iştirakı onlayn formatda təşkil olunmuşdur.

Sonda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev, Sessiyada Nazirliyin qarşısına qоyulmuş vəzifələrin vaxtında və uğurla icrası istiqamətində müvafiq tapşırıqlar vermiş, muxtar respublikada sahibkarlığın inkişafı üçün yаrаdılmış оlаn münbit şərаitə və gеniş imkаnlаra görə  Ali Məclisinin Sədrinə öz minnətdarlığını bildirmiş, gələcək fəaliyyətlərində Kollegiya iştirakçılarına və sahibkarlara uğurlаr аrzulаmışdır. 

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti