Yeni duz istehsalı müəssisəsi Naxçıvan duzunun ixrac imkanlarını artıracaq

 

Muxtar respublikada müxtəlif növdə ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın böyük hissəsi yerli istehsal hesabına ödənilir. Daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadə etmək məqsədilə ötən ildən başlayaraq Duzdağda yeni şaxta açılır. Hazırda yeni şaxtanın əhatə etdiyi ərazidə 15 milyon ton duz ehtiyatı var. Yeni açılan şaxtada texnoloji rejimə nəzarət edilir. Müəyyən olunmuş duz layına qədər hazırda 390 metr uzunluğunda tunel çəkilir. Naxçıvanın brendinə çevrilmiş duzun istehsal və satış həcmini artırmaq məqsədilə ərazidə yeni müəssisə də qurulur. Naxçıvan duzunun istehsal həcminin və keyfiyyətinin artırılması onun  ixrac imkanlarını da genişlənəcək.