İqtisadiyyat Nazirliyində payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

 

Müşavirəni nazir Tapdıq Əliyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 12 avqust 2020-ci il tarixdə 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisinin Sədri tərəfindən İqtisadiyyat Nazirliyinin qarşısına daxili bazarın vəziyyətinin təhlil edilməsi, mövsümə uyğun əsas ərzaq məhsullarına olan tələbatın müəyyənləşdirməsi, kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarük olunması və ehtiyatın yaradılması kimi mühüm vəzifələr qoymuşdur.

Muхtar respublikamızda əhalinin payız-qış mövsümündə ərzaq məhsulları ilə etibarlı təminatının yaхşılaşdırılması istiqamətində aparılan tədbirlərin icrası ötən dövrdə də davam etdirilmişdir.

Belə ki, 15 iyul 2020-ci il tarixdən bu günədəkmuxtar respublika ərazisində fəaliyyət göstərən meyvə-tərəvəz məhsullarının saxlanması anbarlarına 6300 ton kartof məhsulu tədarük olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2220 ton çoxdur. Bildirilib ki, hesabat dövründə kartofun 1112 tonu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” MMC  tərəfindən tədarük edilmişdir bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 700 ton çoxdur. Haliyədə tədarük davam etdirilir

Dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına bu gün muxtar republikamızda yanacaq və taxıl anbarları istisna olmaqla soyuducu və digər təyinatlı ərzaq və qeyri ərzaq məhsullarının saxlanması üçün ümumi tutumu 31 min 140 ton olan anbaryaradılmışdır. Bunun tutumu 19 min 340 ton olanı soyuducu, tutumu 11 min 800 ton olanı ümumi təyinatlı anbarlardır. Ümumilikdə soyuducu anbarların qurulması və məhsul tədarükü məqsədilə Sahibkarlığın İnkişafı Fondundan sahibkarlara 4 milyon 448 min 840 manat, o cümlədən 2020-ci ilin ötən dövründə bu istiqamətdə sahibkarlara 66 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.

Cari ilin ötən dövrü ərzində əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 2900 ton olan 3 soyuducu anbarın yaradılması, bir soyuducu anbarın genişləndirilməsi başa çatdırılmışdır.

Kənd təsərrüfatı sahəsində məhsuldarlığın ilbəil artması ilə bağlı meyvə-tərəvəz məhsullarının tədarükünün daha səmərəli təşkili məqsədilə “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” MMC tərəfindən ümumi tutumu 800 ton olan yeni soyuducu anbarın yaradılması istiqamətində layihələndirmə işləri aparılmış və qısa zamanda tikintisinə başlanılacaqdır.

Əhalinin qış aylarında tərəvəz məhsulları ilə təmin olunması da mühüm məsələlərdən biridir. Bu sahəyə gostərilən diqqətin nəticəsində muxtar respublikada 138 min 139 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 30 istixana təsərrüfatı fəaliyyət gostərir ki, bununda nəticəsi olaraq bu istixana komplekslərində bu ilin ötən dövrü ərzində 546 ton tərəvəz məhsulları istehlakçılara təklif olunmuşdur. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 137 ton çoxdur.

2020-ci ilin ötən dövrü ərzində muxtar respublikada mövsümi tələbatın ödənilməsinin yaxşılaşdırılması məqsədilə ümumi sahəsi 5.815 kv.m olan 8 istixana təsərrüfatının yaradılması, 696 kv.m olan bir istixana təsərrüfatının fəaliyyətinin bərpası başa çatdırılmışdır.

  “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 234 halda orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilmiş, 400 halda səyyari laboratoriya yoxlamaları aparılmış və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilmişdir.

Sonra görüləcək işlərlə bağlı sahibkarlıq subyektlərinə məhsulların uzunmüddətli və keyfiyyətlə saxlanılması üçün normativ qaydalara əməl edilməsi, soyuducu anbarlarda avadanlıqların sazlığına mütəmadi nəzarət edilməsi, anbarların tutumu həddində yerli istehsal məhsullarının tədarük edilməsi, istixana fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinə bütün istixana komplekslərində əkin işlərinin başa çatdırılması kimi tapşırıqlar verilmiş və məruzə ətrafında çıxışlar dinlənilmişdir.

Sonda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikada sahibkarlıq sahəsində yaradılan münbit şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikasının

 İqtisadiyyat Nazirliyinin mətbuat xidməti