Əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması diqqətdə saxlanılır

 

Muxtar respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında əsas ərzaq məhsullarının keyfiyyətinə nəzarət edilməsi mühüm yer tutur. Bu məqsədlə yüksək maddi-texniki bazaya və kadr potensialına malik müasirtipli laboratoriyalar yaradılmışdır. Həmin laboratoriyalarda ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin milli və beynəlxalq standartların tələblərinə uyğun olaraq müayinələri aparılır. Belə ki cari ilin ötən dövrü ərzində 1072halda ərzaq məhsullarından nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında təhlil edilmiş və nəticəsindən aslı olaraq tədbirlər görülmüşdür.

  Daxili bazarda qiymət artımının qarşısının alınması istiqamətində ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri mütəmadi təhlil olunur, süni qiymət artımına yol verilməməsi üçün müvafiq tədbirlər görülür.

  Bu məqsədlə ailə təsərrüfatlarının tədarük və istehsal etdikləri məhsullarının öz tələbatlarından artıq istehsal edilməsi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Həmçinin, muxtar respublikada fəaliyyət göstərən ərzaq satışı obyektlərində ailə təsərrüfatı məhsulları guşəsinin yaradılması, eləcə də həmin məhsulların satışına üstünlük verilməsi ilə bağlı tövsiyələr verilmişdir. Hazırda ərzaq məhsullarının satış obyektlərində və xidmət mərkəzlərində 340 adda ailə təsərrüfatı məhsulunun satışı həyata keçirilir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti