Ərzaq təhlükəsizliyi təmin edilir

Son illər Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar da istehlakçıların hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaratmışdır.

Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən məhsulların orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanmasıdır.

Bu baxımdan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 2020-ci ilin ötən dövrü ərzində 469 halda hüquqi və 636 halda fiziki şəxslər tərəfindən daxil olmuş 70 mal çeşidini əhatə edən 500 halda səyyari və 1005 halda mal nümunəsi laboratoriya analizindən keçirilib, aparılmış laboratoriya təhlilləri, əsasən 932 yerli istehsal məhsullarını və 173 idxal məhsullarını əhatə edib. Nəticədə, 1001 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 4 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.

 

 Naxçıvan Muxtar Respublikası

 İqtisadiyyat Nazirliyinin mətbuat xidməti