Özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, kredit resurslarının məhz muxtar respublika iqtisadiyyatı üçün prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldilməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir.
Cari ilin ötən dövründə sаhibkаrlıq subyеktlərinin istеhsаl еtdikləri məhsullаrın xarici bazarlara ixracı, fəaliyyətini dayandırmış və ya tam gücü ilə fəaliyyət göstərməyən istehsal müəssisələrinin fəaliyyətinin bərpası, muxtar respublikada iqtisadiyyatın muxtəlif sahələrinə investisiyaların cəlb edilməsi, kiçik və orta həcmli müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların rəqabət qabiliyyətinin artırılması, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə kreditlərin verilməsi istiqamətində işlər davam etdirilmişdir.
2020-ci ilin ötən dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 65 layihənin maliyyələşdirilməsinə ümumilikdə 7 milyon 285 min manatdan çox güzəştli kredit vəsaiti ayrılmışdır. Bundan aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması, yeni təsərrüfat sahələrinin yaradılması məqsədilə heyvandarlıq, arıçılıq, bağçılıq, tingçilik, kartofçuluq, quşçuluq, soyuducu anbar, istixana kompleksi, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi olmaqla ümumilikdə 61layihənin maliyyələşdirilməsinə 1 milyon 49 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.
Muxtar respublika əhalisinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatında ailə təsərrüfatları mühüm rol oynayır. Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolunu nəzərə alaraq onların fəaliyyətlərinin stimullaşdırılması, istehsal sahələrinin genişləndirilməsi məqsədilə güzəştli kreditlərin verilməsi 2020-ci ildə də davam etdirilmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən 29ailə təsərrüfatına 259 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir ki, bu da öz növbəsində onların bir hissəsinin kiçik sahibkarlıq subyektinə çevrilməsinə təkan vermişdir.
Eyni zamanda verilmiş kreditlərin iqtisadi səmərəliliyi araşdırılmış, təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə sahibkarlıq subyektlərində mütəmadi olaraq monitorinqlər aparılmış, kreditlərin ödəmə müddətləri və sahibkarlıq subyektləri ilə kreditlərin vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə və qanunvericiliyin tələblərinin izahı işləri aparılmışdır.
Həyata keçirilən tədbirlər sənaye müəssisələrinin fəaliyyətinin stimullaşmasına və sənaye məhsulu istehsalının genişləndirilməsinə, kənd yerlərində kiçik müəssisələrin yaradılmasına güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı məhsulu istehsalının artmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti