Daxili bazarda əsas istehlak malları ilə yanaşı, digər ərzaq və qeyri-ərzaq məhsullarının həcmi, qiyməti, ticarət obyektlərində mövcudluğu, həmçinin lazımi ehtiyatların yaradılması, mağazaların ərzaqla tələbata uyğun təminatı mütəmadi olaraq nəzarətdə saxlanılmışdır.
İstehsalın artırılması və davamlılığının təmin edilməsi məqsədi ilə sahibkarlar xammal və material ehtiyyatının genişləndirilməsi istiqamətində mütəmadi olaraq maarifləndirilmişlər.
Muxtar respublika üzrə satışa çıxan məhsulların mütəmadi olaraq kalkulyasiyası aparılmış, yerli və idxal olmaqla ümumilikdə 9420 adda məhsulun topdansatış müəssisələri tərəfindən satışına nəzarət həyata keçirilmişdir. Topdan və pərakəndə satış obyektləri tərəfindən suni qiymət artımına yol verilməməsi, qiymət intizamına əməl olunması ilə bağlı monitorinqlər davam etdirilmişdir.
Muxtar respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında əsas ərzaq məhsullarının keyfiyyətinə nəzarət edilməsi mühüm yer tutur. Bu məqsədlə yüksək maddi-texniki bazaya və kadr potensialına malik müasirtipli laboratoriyalar yaradılmışdır.
Həmin laboratoriyalarda ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin milli və beynəlxalq standartların tələblərinə uyğun olaraq müayinələri aparılır. Belə ki cari ilin ötən dövrü ərzində 1072 halda ərzaq məhsullarından nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında təhlil edilmiş və nəticəsindən aslı olaraq tədbirlər görülmüşdür.
Daxili bazarda qiymət artımının qarşısının alınması istiqamətində ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri mütəmadi təhlil olunur, süni qiymət artımına yol verilməməsi üçün müvafiq tədbirlər görülür.
Bu məqsədlə ailə təsərrüfatlarının tədarük və istehsal etdikləri məhsullarının öz tələbatlarından artıq istehsal edilməsi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Həmçinin, muxtar respublikada fəaliyyət göstərən ərzaq satışı obyektlərində ailə təsərrüfatı məhsulları guşəsinin yaradılması, eləcə də həmin məhsulların satışına üstünlük verilməsi ilə bağlı tövsiyələr verilmişdir. Hazırda ərzaq məhsullarının satış obyektlərində və xidmət mərkəzlərində 340 adda ailə təsərrüfatı məhsulunun satışı həyata keçirilir.
Qeyd etmək istəyirəm ki, muxtar respublikada xidmət mərkəzlərinin istifadəyə verilməsi əhaliyə göstərilən xidmətin keyfiyyətinin, eləcə də rayon və kənd yerlərində məşğullun yüksəldilməsinə tövhə verməklə yanaşı, ailə təsərrüfatlarında məhsul istehsalını stimullaşdırır və bu məhsulların geniş istehlakçı kütləsinə çıxarılmasına şərait yaradır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti