Ənənəvi məktəbli yarmarkaları davam edir

 

Muxtar respublikada şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə təminatı da diqqətdə saxlanılır. Hər il məktəbli yarmarkalarının təşkil edilməsi bu istiqamətdə atılan mühüm addımdır. Bu, yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə daha asan şəkildə təmin edilmələrində mühüm rol oynayır.

Satılan bütün məhsulların qiymətinə və keyfiyyətinə İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi nəzarət edilir.

Xatırladaq ki, məktəbli yarmarkası Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın bütün rayonlarında təşkil olunur və sentyabrın 14-dək davam edəcək.

 

Naxçıvan Muxtar Respublikası

 İqtisadiyyat Nazirliyinin mətbuat xidməti