Muxtar respublikanın digər rayonlarında olduğu kimi Sədərək rayonunda da məktəbli yarmarkası davam edir. Yarmarkada çeşid bol, qiymətlər isə münasibdir. Süni qiymət artımına yol verilməməsi və keyfiyyətə nəzarət üçün mütəmadi monitorinqlər davam etdirilir.
Xatırladaq ki, məktəbli yarmarkası sentyabrın 14-dək davam edəcək.