Naxçıvanda ənənəvi “Arıçılıq məhsulları-bal festivalı” keçiriləcək

 

Festival sentyabrın 26-ı və 27-i “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək.     

Festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı-sahibkarlar öz təsərrüfatlarının məhsullarını sərgiləyəcək və satacaqlar. Həmçinin tədbirdə incəsənət ustalarının ifa edəcəyi bir-birindən gözəl musiqi nömrələri, arıçılıq məhsullarının nümayiş olunduğu dekorasiyalı stendlər qonaqlara təqdim olunacaq.

Qeyd edək ki, artıq beşincisi keçirilən festivalda ən yaxşı arıçılıq məhsulları-bal nominasiyası üzrə müsabiqə  təşkil ediləcək və qaliblərə diplomlar təqdim olunacaq.