Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakultəsinin “İqtisadiyyat” ixtisası üzrə təhsil tələbələri ilə görüş keçirilib. Görüşü fakültə dekanı Əşrəf Ələkbərov giriş sözü ilə açaraq “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçivan Muxtar Respublikasi Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli sərəncamının icrası ilə bağlı keçirilən tədbirlərin və tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışıb. İqtisadiyyat Nazirliyinin Elmi – Tədqiqat Tədris Mərkəzinin elmi işçisi Mehparə Məmmədova çıxışında Sərəncamın icrasının Nazirlik tərəfindən diqqətdə saxlanılmaqla hami təşkilat və universitet arasında mütəmadi görüşlərin gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə öz tövhəsini verəcəyini qeyd edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdirləri Anar Cəfərov və Elnur Mahmudov “Muxtar respublikada son illərdə iqtisadiyyat sahəsində görülmüş işlər və əldə olunmuş nəticələr”, Sənaye zonalarının yaradılmasının iqtisadi əhəmiyyəti və Şərur sənaye məhəlləsinin yaradılmasının özəl sektorun inkişafına təsiri“mövzuları üzrə slaydlar vasitəsi ilə tələbələrə geniş məlumat verərək diqqətə çatdırıb ki, muxtar respublikada son illərdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir ki, son 5 ildə ÜDM 15,1% artaraq 2 milyard 839 milyon 650 min manat, eləcə də, ÜDM-in tərkibində 783 milyon 100 min manatlıq payla sənaye ilk yerdə olub.
Həmçinin muxtar respublikada özəl sektoriun innovativ və yüksək texnologiyalara əsaslanın inkişafının təmin edilməsində, rayonlarda sənaye sahəsinin inkişafı və məşğulluğun təmin olunmasında Şərur Sənaye məhəlləsinin əhəmiyyəti barədə geniş məlumat verilib.
Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin Mətbuat Xidməti