Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları mütəmadi olaraq muxtar respublikamızda fəaliyyət göstərən muzeyləri ziyarət edirlər. Müxtəlif muzeylərə ekskursiyalarını davam etdirən nazirliyin əməkdaşları 10 oktyabr tarixində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər. Muzey bələdçisi tarixi-mədəni irsimizin mühafizəsi və təbliğinin əhəmiyyətindən bəhs edərək bildirib ki, burada 500-ə yaxın eksponat xronoloji ardıcıllıqla nümayiş olunur. Həmçinin qeyd olunub ki, eramızdan əvvəl V-III minilliklərə aid olan müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, qiymətli eksponatlar xalqımızın yaşayış tərzini əks etdirən məişət əşyaları, misgərlik nümunələri, qədim kişi və qadın milli geyimləri olan eksponatlar keçmişimiz haqqında dolğun məlumatlar əldə etməyə imkan verir.
Sonra İqtisadiyyat Nazirliyinin kollektivi Kompleksinin yaxınlığında yerləşən Nuh peyğəmbərin məzarüstü türbəsini ziyarət ediblər
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti