Yarmarkaya muxtar respublikanın ayrı-ayrı rayonlarından ümumilikdə 100 tona yaxın məhsul çıxarıb. 22 istehsal müəssisəsinin və 300-ə yaxın ailə təsərrüfatçısının 265 çeşiddə, 47 növdə məhsulu alıcılara təklif olunub.
Təşkil olunan yarmarkada satılan məhsullar digər ticarət şəbəkələrinə nisbətən 15-20 faiz ucuz olub. Həmçinin yarmarkaya təkcə kənd təsərrüfatı məhsulları ilə yanaşı, istehsal müəssisələrinin məhsulları da çıxarılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti