Hamiliyə verilmiş tələbələrlə görüşlər davam etdirilir

 

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ailə təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş 2020-2021-ci tədris ili üçün tədris planına uyğun olaraq oktyabr ayının 29-də Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə görüş keçirilmişdir. Görüşdə ilk olaraq Nazirliyin “Hüquq” sektorunun baş məsləhətçisi Tarıverdiyeva İfadə “Dövlət vəsaiti hesabına malların qanunvericiliyə uyğun satın alınması, dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər” mövzusu üzrə çıxış edərək dövlət satınalmalarının əhəmiyyəti, onların büdcə vəsaitlərinin qənaətlə və səmərəli şəkildə istifadəsində əhəmiyyəti ilə bağlı çıxış etmişdir. Daha sonra “Daxili bazarda istehlak malları  üzrə qiymətlərə  nəzarət, monitorinq  və təhlil” şöbəsinin müdiri Mircavid Tağızadə “İstehlak bazarında keyfiyyət və qiymətə nəzarət istiqamətində həyata keçirilmiş tədbirlər” və  mövzusunda çıxış edərək görüş iştirakçılarına muxtar respublikada satışa çıxarılan istehlak mallarının keyfiyyət və qiymətinə nəzarət tədbirlərinin qanunvericilik çərçivəsində həyata keçirilməsi qaydaları ilə bağlı ətraflı məlumat vermişdir.

Sonda mövzular ətrafında geniş diskusiya aparılmış, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti