Ailə təsərrüfatlarının inkişafı diqqətdə saxlanılır

 

   

Ailə təsərrüfatlarının əsasən, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, muxtar respublikada daxili bazarın daha keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatında və bu istiqamətdə idxaldan asılılığın azaldılmasında, eləcə də kənd yerlərində məşğullun təmin olunmasında müstəsna rolu var. Muxtar respublikada ailə təsərrüfatlarının sayının artması, onların istehsal sahələrinin genişləndirilməsi və fəaliyyətinin stimullaşdırılması daim diqqətdə saxlanılır. Bu sahədə dövlətin əsas dəstək tədbirlərindən biri də təsərrüfatçıların istehsal etdikləri məhsullarını sərbəst bazara çıxarılmasına, birbaşa istehlakçılara çatdırılmasına, beləliklə də satış bazarlarının genişləndirilməsinə şərait yaradılmasıdır. İstər kənd təsərrüfatı yarmarkalarında ailə təsərrüfatlarının iştirakının təmin olunması, istərsə də ailə təsərrüfatılarının özünəməxsus yarmarka və festivallarının keçirilməsi bu cür təsərrüfat sahələrinin son illərdə sayının artmasına səbəb olmuşdur.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti