İstixana kompleksləri əhalini qış aylarında faraş məhsullarla təmin edir

 

12 avqust 2020-ci il tarixdə Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə İqtisadiyyat Nazirliyinin qarşısına daxili bazarın vəziyyətinin təhlil edilməsi, mövsümə uyğun əsas ərzaq məhsullarına olan tələbatın müəyyənləşdirməsi, kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarük olunması və ehtiyatın yaradılması kimi mühüm vəzifələr qoyulmuşdur. Qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, istixana kompleksləri və soyuducu anbarların fəaliyyəti diqqət mərkəzində saxlanılmışıdır. Hal-hazırda muxtar respublikada 138835m2 sahəsi olan 31 istixana kompleksi mövcuddur. Təkcə 2020-ci il ərzində 2-si dövlət maliyyə dəstəyi hesabına olmaqla ümumi sahəsi 6461 m2 olan 8 istixana təsərrüfatı yaradılmış,  iki istixana təsərrüfatının sahəsi 1212 m2 genişləndirilmişdir.

Nazirliyin aidiyyatı şöbələri tərəfindən istixanaların mövcud vəziyyətininin və mövsümə hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə mütəmadi monitorinqlər, yoxlamalar aparılmış və bu sahənin daha da səmərəli fəaliyyət göstərməsi üçün bir sıra sahibkarlarla dövlət maliyyə dəstəyinin göstərilməsi həyata keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti