Tələbələrin istehsalat təcrübəsinə start verilib

  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli Sərəncamı tələbələrin gələcəkdə müvafiq sahələrdə peşəkar kadr kimi yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə öz tövhəsini verir. 17 noyabr 2020-ci il tarixindən başlayaraq İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş “Naxçıvan” Universitetinin “İqtisadiyyat”, eləcə də Naxçıvan Dövlət Universitetinin “Menecment” ixtisası üzər əyani təhsil alan IV kurs tələbələrinin Nazirlikdə istehsalat təcrübəsinə start verilmişdir. Təcrübəçilərə təcrübə dövrü ərzində  Nazirliyin fəaliyyət sahələri, müvafiq şöbələrin vəzifə və funksiyaları, Nazirliyin tabeliyində fəaliyyət göstərən və təsisçisi olduğu müəssisələrin fəaliyyəti,  muxtar respublika iqtisadiyyatnın prioritet sahələri, iqtisadi təhlillərin aparılması və digər iqtisadi sahələri əhatə edən mövzular üzrə, mühazirələr keçiriləcək, eləcə də onların muxtar respublikada fəaliyyət göstərən iri sahibkarlıq subyektlərində istehsal posesi ilə əyani şəkildə tanışlığı təşkil  olunacaqdır. 

Altı həftə davam edəcək təcrübə proqramı dekabr ayının 30-u yekunlaşacaq.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti