Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliklərinin birgə fəaliyyət planına uyğun olaraq 20 noyabr 2020-ci il tarixində İqtisadiyyat Nazirliyində nazirliyin və tabeli qurumlarının əməkdaşlarının iştirakı ilə payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi İqtisadiyyat Nazirliyinin və tabeli qurumlarının əməkdaşlarına payız-qış mövsümünə hazırlıqla bağlı təhlükəsizlik tədbirləri barədə məlumat vermək, fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş qaydalara əməl olunması üçün məsul vəzifəli şəxslərin məsuliyyətini artırmaq, yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı tədbirlərin yerinə yetirilməsi üzrə ərtaflı məlumatların verilməsi olmuşdur.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Anar Əhmədov payız-qış mövsümündə Nazirliyin və onun tabeli qurumlarının qazanxana və istilik sistemlərinin daim diqqətdə saxlanıldığını qeyd etmişir. Həmçinin, nazir müavini tədbirin mövzusunun həm aktual, həm də həyati əhəmiyyət daşıdığına görə işçilərin bu sahədə maariflənməsinin əhəmiyyətini və vacibliyini vurğulamışdır.
Daha sonra əsas məruzəçi qismində Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nazirliyinin Aparatının “Mülki müdafiə işinin təşkili” şöbəsinin rəisi polkovnik Emin Qasımov “Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində mülki müdafiə işinin təşkilinə qoyulan müasir
tələblər” mövzusunda çıxış edərək qazanxana maşinistləri və təsərrüfat müdirlərinə təhlükəsizlik məsələləri ilə bağlı zəruri məlumatları çatdırmışdır. Eləcə də, Nazirliyin aparatının Mülki müdаfiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hаzırlığı üzrə bаş məsləhətçisi Afaq Alməmmədova “Dəm qazı və ondan qorunma yolları”, “Yаnğın və digər xoşagəlməz hallar zamanı ilk tibbi yardımın göstərilməsini hər kəs bacarmalıdır” mövzularında əyаni vаsitələrdən, slаyd və vidеоçаrхlаrdаn istifаdə еdərək iştirakçılara ətraflı məlumat vermişdir.
Həmçinin, iclasda mülki müdafiə tədbirləri ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliklərinin birgə təsdiq etdiyi fəaliyyət planı üzrə cari mövsümdə muxtar respublikanın zəruri ehtiyatlarını təmin edən müəssisələrin, obyektlərin, ehtiyat ərzaq anbarlarının fövqaladə hallara hazırlıq səviyyəsi, soyuducu anbarların fasiləsiz enerji ilə təchizatı, sahibkarlıq subyektlərində yanğın əleyhinə vasitələrin saz vəziyyətdə olması, işçi heyətinin fövqaladə vəziyyətlə bağlı bölgüsünün aparılması, onların maarifləndirilməsi və müəssisələrdə yanğın əleyhinə lövhələrin vurulmasının zəruriliyi vurğulanmışdır.
Sonda tədbir iştirakçılarını mаrаqlаndırаn suаllаr cаvаblаndırılmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti