İnvestisiya qoyuluşu üçün effektiv mexanizmlər tətbiq edilir

 

Son illərdə muxtar respublikada həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən olan sənayenin inkişafı sahəsində də kompleks işlər görülür, sənaye məhsulu istehsalı və ixrac potensialının artırılması, investisiya qoyuluşununun stimullaşdırılması üçün effektiv mexanizmlər tətbiq edilir. Belə mexanizmlərdən biri də investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 yanvar tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” və 2016-cı il 29 aprel tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi xüsusi vurğulanmalıdır. Bu mühüm dövlət sənədi son 5 ildə muxtar respublika iqtisadiyyatının aparıcı sahəsi olan sənayeyə yönəldilən investisiyaların həcminə və strukturuna mühüm təsir göstərmişdir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti