“Naxçıvan bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istixana komplekslərində yeni texnologiyaların tətbiqi burada yüksək məhsuldarlığa nail olunmasında əhəmiyyətli rol oynayır. Becərmə tədbirlərində üzvi gübrələrdən istifadə edilməsi isə əhalinin daha keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradır.