2021-ci ilin 21-25 fevral taixlərində Birləşmiş Ərəb Əmiliklərinin Dubay şəhərində “Gulfood” beynəlxalq qida sərgisi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarları sərgidə iştiraka dəvət edir. Sərgidə iştirak şərtləri barədə ətraflı məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun rəsmi internet səhifələrində əldə etmək olar.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti