Muxtar respublika əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunmas, süni qiymət artımının qarşısının alınması, istehsalçıların öz məhsullarını birbaşa istehlakçılara çatdırması məqsədilə Naxçıvan şəhəri Xətai küçəsində yerləşən Mərkəzi Bazarda hər həftənin şənbə və bazar günlərində təşkil olunan kənd təsərrüfatı məhsulları yarmarkasının keçirilməsi davam etdirilir. Belə ki, payız aylarının sonları olmasına baxmayaraq hava şəraitinin mülayim keçməsi məhsuldarlığın bol olmasına əlverişli şərait yaradıb. Yarmarkada ailə təsəsrrüfatçılarına və fermerlərə istehsal etdikləri məhsullarının satışını həyata keçirmələri üçün köməklik göstərilir, onlara müvafiq yerlər ayrılır. Nazirlik tərəfindən bütün məhsulların üzərinə qiymət yarlıqları vurulur ki, bu da süni qiymət artımının qarşısını alır.
Bununla yanaşı yerli sənaye müəssisələri də onlar üçün ayrılmış bölmələrdə öz məhsullarının satışını həyata keçirirlər.
Növbəti dəfə yarmarkaya muxtar respublikamızın ayrı-ayrı rayonlarından 80 tona yaxın müxtəlif yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti