Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamın icrası ilə bağlı keçirilən “Muzey günləri” çərçivəsində İqtisadiyyat Nazirliyinin kollektivi "Əlincəqala" Tarix Mədəniyyət Muzey Kompleksini və Gülüstan Türbəsini ziyarət edib. Muzeyin bələdçisi qala və arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar barədə tələbələrə geniş məlumat verərərk qeyd edib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb. Bildirilib ki, qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Nümayiş olunan saxsı qab və çıraqlar, qalanın ərazisindən aşkar olunan boyalı keramika parçaları muxtar respublikada sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlardır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti