Naxçivan Muxtar Respublikasi Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində hamiliyə verilmiş tələbələrlə görüş keçirilib. “İxrac ili”ndə əldə olunan nailiyyətlərə həsr olunan görüşdə Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin direktoru da iştirak edib.