Naxçıvan şəhəri Xətai küçəsindəki mərkəzi bazarda dekabrın 26-dan 30-dək təşkil olunan yarmarkada yerli məhsulların istehsalı üzrə ixtisaslaşmış sahibkarlar və ailə təsərrüfatçıları tərəfindən müxtəlif adda və çeşidlərdə məhsul təqdim edilir. Hər gün səhər saat 9-dan başlayan yarmarkada alıcıların rahat alış-veriş etmələri üçün lazımi şərait yaradılmışdır. Şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilən yarmarkanın ilk günündə satış üçün 865 çeşiddə 100 tona yaxın 65 min manat dəyərində müxtəlif kənd təsəsrrüfatı və sənaye məhsulları çıxarılıb.