Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada 2020-ci ilin “İxrac” ili elan olunması ticarət əlaqələrinin genişlənməsinə, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına və beləliklə ixrac potensialının genişlənməsinə böyük stimul vermişdir. İxracyönümlü məhsul və xidmətlərin xarici bazarlarda təşviqi, yeni ixrac bazarlarının müəyyənləşdirilməsi və beynəlxalq tərəfdaşların tapılması məqsədilə muxtar respublika ixracatçılarının ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müxtəlif beynəlxalq sərgi və forumlarda iştirakı prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti