Əhalinin payız-qış mövsümündə kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun şəkildə, ekoloji cəhətdən təmiz, yerli istehsal məhsulları ilə təmin olunmasında soyuducu anbar və istixana komplekslərinin rolunu xüsusilə vurğulamaq lazımdır. Soyuducu anbarların yaradılması payız və qış dövründə istehlakçılara keyfiyyətli meyvə və tərəvəzin çatdırması ilə yanaşı ixracı da artırmağa imkan verir. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması deməkdir ki, bu da əhalinin məşğulluğunun təmin olunmasında öz əksini tapır.
Qeyd edək ki, soyuducu anbarlara, əsasən, muxtar respublikada yetişdirilən yerli meyvə-tərəvəz məhsulları tədarük olunduğundan aqrar sahənin inkişafına, istehsalçıların öz işini genişləndirməsinə böyük stimul yaratmaqdadır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti