Yanvarın 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının tərəfdaşlığı ilə “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçirilib. Formun məqsədi işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılması, qida və ictimai iaşə sektorunun sahibkarları ilə pandemiya və postpandemiya dövrü ilə əlaqədar müzakirələrin aparılması olub.
Forumda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və onun struktur bölmələri, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi və Dövlət Turizm Agentliklərinin nümayəndələri, qida və ictimai iaşə sektorunda çalışan sahibkarlıq subyektləri (qida və kənd təsərrüfatı məhsullarının istehsalçıları, qida idxalçıları və ixracatçıları, market, restoran, kafe, otel və digər iaşə obyektləri) və biznes assosiasiyaları iştirak edib.
Onlayn forumda muxtar respublikadan “Badamlı Mineral Sular”, “Ləzzət Qida Sənaye”, “Cahan Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin,“Savalan-s” Kiçik Müəssisəsinin nümayəndələrinin iştirakı təmin edilib.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti